- ÜMUMİ QAYDALAR
- Sayta əlavə olunmuş elanlar Moderator tərəfindən yoxlandıqdan sonra dərc olunacaqdır.
- Saytda yerləşdirilmiş elanlar 60gün sonra avtomatik olaraq deaktiv olunacaq və saytda yayımlanması dayandırılacaqdır.
- Deaktiv olunmuş elanlar istifadəçinin profilində 60gün müddətində deaktiv olaraq qaldıqda, sistem tərəfindən avtomatik olaraq istifadəçinin profilindən silinəcəkdir.
- Yetkinlik (18 yaş) yaşına çatmamış və ya əqli çatışmazlığı olan şəxs yalnız öz qanuni nümayəndələrinin razılığı ilə xidmətlərdən istifadə edə bilər.
- Saytda dərc olunmuş elanlara görə elanı yerləşdirmiş şəxs qüvvədə olan qanunvericiliyə əsasən tam məsuliyyət daşıyır..
- Saytın moderatoru yerləşdirilmiş elanın məzmun və şərtlərini dəyişmək hüququna malikdir.
- Saytın moderatoru , saytda yayımlanmış elanın yayımını dayandırmaq hüququna malikdir.
- Sayt, saytda yerləşdirilən xidmət və malların alıcısı, satıcısı deyildir və bununla yanaşı istifadəçilər tərəfindən satılmış mallara və xidmətlərə görə heç bir vergi öhdəliyi daşımır
- Saytda yerləşdirilən reklam mətninə və reklam olunmuş məhsullara görə sayt rəhbərliyi məsuliyyət daşımır.
- SAYTDAN İSTİFADƏ VƏ ELANLARIN YERLƏŞDİRİLMƏSİ QAYDALARI
2.1 Elanın yerləşdirilməsi qaydaları
- Sayta yerləşdirilmiş elana aid təsvirlər və mətnlər bütovlük təşkil etməlidir.
- Yerləşdirilmiş elana aid ən az bir şəkil əlavə olunmalıdır.
- Elanın aid olduğu kateqoriya düzgün seçilməlidir.
- Elanın adı 20 simvoldan artıq olmamalı, elanın adında qiymət, satılır və elanın məzmunu qeyd olunmamalıdır.
- İstifadəçi elan yerləşdirməklə bütün şərtlərlə razılaşmış və yerləşdirilmiş elanla bağlı yaranan bütün risklərə görə məsuliyyət daşıyır.
- Elan yerləşdirən zaman “qadağa qaydaları”na əməl edilməlidir.
2.2 Saytdan istifadə zamanı qadağandır.
- Dələduzluq, aldatmaq , etimaddan sui-istifadə etmək
- Kiminsə şərəf və ləyaqətini alçaltmaq
- Etik normadan kənar sözlərdən istifadə etmək.
- Terror məqsədli çağırışlar etmək
- Qanunla qadağan edilmiş təbliğatlar aparmaq
- Qanunla qadağan edilmiş əşya və ya canlının satış reklamını etmək
- Sayt rəhbərliyinin yazılı icazəsi olmadan, saytda olan məlumatları köçürmək və digər eyni məqsədli saytlarda və ya sosial şəbəkələrdə istifadə etmək.
2.3 Elan yerləşdirən zaman qadağandır.
- Oğurluq və saxta məhsulların elanını yerləşdirmək.
- Dələduzluq, aldatmaq , etimaddan sui-istifadə etmək;
- Qanunla qadağan edilmiş əşya və ya canlının satışını təbliğ etmək
- Satışı qanunla qadağan edilmiş malların elanını sayta yerləşdirmək
- Başqalarına aid əlaqə məlumatalarından istifadə edib elan yerləşdirmək
- Etik normadan kənar sözlərdən istifadə etmək.
- Bir elanın təkrar olaraq əlavə olunması.
- Elan yerləşdirən zaman, elan təsvirində və mətnində internet saytlarına istinadlar qoymaq
- Elanda istifadə olunan şəkillərin üzərində hər hansı məlumatların yazılması
- Saytdan istifadə zamanı ödənişli xidmətlər
3.1 Ödənişli xidmətlərə aiddir.
- Elanı irəli çəkmək
- VİP elan
- Premium elan
- Mağaza hesabı açmaq
- Reklam yerləşdirmək
3.2 Ödənişli xidmətlərin qaydaları və dəyəri həmin xidmətlərə aid bölmələrdə əks olunmuşdur.
3.3 Ödənişlərin geri qaytarılmasından aşağıdakı hallarda imtina edilə bilər.
- İstifadəçi elan yerləşdirmə şərtlərini və qadağa qaydalarını pozduqda
- Ödənilmiş məbləğdən ödənişli xidmətlərdə istifadə olunduqda
- Ödənişlə əlaqəli elan istifadəçi tərəfindən silindikdə.
- Ödənişin nəğd qaydada geri qaytarılması tələb olunduqda
- İstifadəçi razılaşmasına aid əlavə və dəyişikliklər bu razılaşmaya əlavələr olaraq, yayımlanma tarixi ilə birlikdə saytda dərc olunacaqdır.